Pakistanın Bəlucistan əyalətində ordu qüvvələrinin bazasına silahlı hücum edilib.
Hafta.az-ın Pakistan mətbuatına istinadən yazdığına görə, səhər saatlarında Bəlucistanın Killa Seyfullah bölgəsindəki Müsəlman Bağ qəsəbəsində həyata keçirilən hücumda Pakistan ordusu qüvvələrinin 5 əsgərinin şəhid olduğunu, 5 əsgərin isə yaralandığını bildirilib.
Hücuma görə məsuliyyəti üzərinə götürən Təhriki Cihad Pakistan (TCP) Twitter hesabında paylaşdığı paylaşımda Pakistan ordusundan 40 əsgəri öldürdüklərini, bazadakı silahları müsadirə etdiklərini iddia edib.
2023-cü ilin əvvəlində yaradılan qrup, heç bir struktura bağlı olmadığını, Əfqanıstanla Pakistan arasındakı bölgələrdə 20-ci əsrin əvvəllərində ingilislərə qarşı döyüşən müsəlmanlara əsaslandığını bildirir.
TCP bildirir ki, o, “dünyəvi İslamabad hökumətinə qarşı döyüşən bütün silahlı qruplara, o cümlədən Pakistan Talibanına müsbət baxır”.